Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Lerik Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub

Lerik Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub
Sakura

Lerik Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub

 Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində yaradılan şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti barədə ictimaiyyəti tanış etmək məqsədilə mediaturlara başlayıb.

Report” xəbər verir ki, bu il jurnalistlərin ilk baş çəkdiyi səhiyyə ocağı Lerik Rayon Mərkəzi Xəstəxanası olub.

Tibb müəssisəsinin baş həkimi Mübariz Ağayev bildirir ki, xəstəxana 82,8 min nəfərə tibbi xidmət göstərir.

O qeyd edib ki, 83 mindən çox əhalisi olan rayonda əksər ucqar dağ kəndlərində tibb, yaxud həkim məntəqəsi var: “Son illər Bakıya xəstə axını dayanıb, əvəzinə Lerikdə işləməyə gələn həkimlərin sayı artıb. İldə bir, yaxud iki xəstə paytaxt xəstəxanalarına göndərilə bilər. Telesəhiyyə xidməti yaradılandan sonra rayon həkimlərinin işi asanlaşıb, mütəxəssislərlə onlayn əlaqə yaradılır, müayinə və müalicənin gedişi izlənilir, tövsiyələr verilir”.

Baş həkim əlavə edib ki, Səhiyyə Nazirliyi son illər 10-dan çox həkim göndərib, indi yalnız bir neçə ucqar dağ kəndində müəyyən ixtisaslar üzrə həkimə ehtiyac var.

 

M.Ağayev əlavə edib ki, 90 çarpayılıq mərkəzi xəstəxana əhaliyə ambulator və stasionar tibbi xidmət göstərir: “Burada əhaliyə Konsultativ poliklinika, Terapiya, Cərrahiyyə, Doğum, Uşaq xəstəlikləri, Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri xidmət edir. Lerik rayonunda 1 mərkəzi, 6 kənd xəstəxanası fəaliyyət göstərir. Lerikdə ümumilikdə 78 həkim işləyir, onların 34-ü isə mərkəzi xəstəxanada çalışır. Xəstəxanada həmçinin 186 nəfər orta tibb işçisi çalışır. Rayonumuzda başqa yerdən işləməyə gələn gənc həkimlərə stimul olaraq maaşdan əlavə kompensasiya və kommunal şəraitini yaxşılaşdırmaq üçün icra hakimiyyəti tərəfindən torpaq sahəsi də verilir”.

 

Baş həkim bildirib ki, Lerikdə respublika səviyyəsi ilə müqayisədə uşaq ölümü çox aşağıdır: “Son illər rayonda ana ölümü baş verməyib. Nazirliyin göndərdiyi yeni ginekoloqun ayağı uğurlu olub, dünən 3 qadın ana olub. Onlardan biri ucqar dağ kəndindən gəlib, 4 qızdan sonra oğlu olub. Hamilə qadınların rayon mərkəzinə gəlməsinə ehtiyac yoxdur, bizə məlumat verilir, özümüz həkim göndəririk, hamiləliyin gedişatı izlənilir, qadın 9 ay həkimin nəzarətində olur”.

O, həmçinin vurğulayıb ki, iqlim və sağlam qidalanma ilə bağlı olaraq Lerikdə əhalinin əksəriyyəti sağlamdır, amma burda da ürək-damar xəstəlikləri birinci yer tutur: “Bundan başqa, rayon dağlıq ərazi olduğundan xəstəxanaya “zob”la bağlı müraciətlər də üstünlük təşkil edir. Çünki suyun tərkibi yodsuzdur".

 

Xəstəxanada palataları gəzən zaman xəstələrə verilən geyimlərin bir istifadəlik olduğunu da öyrəndik.

 

Bakıda 10 illik təcrübəsi olan akuşer-ginekoloq Lalə Əsgərova imtahanlarda iştirak edərək öz doğma rayonuna işləmək üçün gəlib. O, cəmi bir ay bu xəstəxanaya təyinat alıb. L.Əsgərovanın ailəsində anası və bacısı da həkimdir. Gənc kadrlara tövsiyə edir ki, çəkinmədən ucqar kəndlərə işləmək üçün getsinlər, çünki belə kəndlərdə əhalinin onların köməyinə daha çox ehtiyacı var.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov qeyd edib ki, mediaturların növbəti ünvanlarının Şəki və Quba rayonlarına olması planlaşdırılır. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR