Leonardo da Vinçinin əsərində gizli təsvirlər aşkar olundu
Bu barədə "Live Science" nəşri yazır.
Məlum olub ki, əvvəlcə rəssam Müqəddəs Məryəmi, İsa Məsihi və İoannı başqa cür təsvir etməyi planlaşdırıb. London Milli Qalereyasının nümayəndələri bildirir ki, Da Vinçinin orijinal kompozisiyanı dəyişməsinin səbəbi bilinmir.
Məlumdur ki, o, "Madonna qayalarda" əsərini iki versiyada yaradıb. Parisin Luvr Muzeyində saxlanılan birinci versiyadır. Gizli təsvir ilkin versiyadan əhəmiyyətli dərəcədə fərqlənir, lakin yekun əsər birinci şəkilə həddən çox oxşayır.
Tədqiqatçılar boya qatını infraqırmızı reflektoqrafiya, rentgen fluoressensiya skan edilməsi, hiperspektral vizuallaşdırma daxil olmaqla, bir neçə metodun köməyi ilə araşdırıblar. Məlum olub ki, rəssam Müqəddəs Məryəmi təsvirin sol hissəsində, körpə İsa və mələyə tərəf yerləşdirmək istəyirb. Lakin yekun variantda qadın müqəddəs İoanna baxır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət