Dərc edildi: Baxış sayı: 538
:1
Leonardo da Vinçinin daha bir əsərinin sirri açıldı
İtalyan intibah dövrü rəssamı Leonardo da Vinçinin "Dünyanın xilaskarı" adlı rəsm əsərinin sirri açılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, kətan üzərinə işlənən əsərdə Məsihin əlindəkinin şüşə top deyil, əslində içi boş bir sahə təsviri olduğu üzə çıxıb. Alimlər kompüter qrafiklərindən istifadə edərək səhnə modeli yaratmaqla bu qənaətə gəliblər. Məlum olub ki, da Vinci əsrlər öncə şüşənin işığı necə əks etdirdiyini bilirmiş. Onun dəftərlərində də bununla bağlı çoxlu eskizlər tapılmışdı.
Kaliforniya Universitetinin alimləri xüsusi proqramdan istifadə etməklə obyektin diametri 6,8 santimetr, qalınlığı isə cəmi 1,3 mm olan boş bir şüşə sfera olduğunu müəyyən ediblər.
Tədqiqatçıların fikrincə bu kəşf əsər ətrafındakı bəzi mübahisələri həll etməyə və onun dəyərini də müəyyənləşdirməyə kömək edəcək.
Qeyd edək ki, "Dünyanın xilaskarı" 2017-ci ildə hərracda 450 milyon dollara satılaraq, dünyanın ən bahalı sənət əsəri olmuşdu. İyunun 11-də əsərin Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın yaxtasında olduğu məlum olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət