Lenovo elastik ekranlı noutbuk göstərdi
Ens.az xəbər verir ki, Lenovo şirkəti elastik ekranlı noutbukun prototipini göstərdi Növbəti ildə Lenovo göstərilən prototip əsasında seriya cihazlarını buraxmaq niyyətindədir.
Elastik ekranlı smartfonlar haqqında artıq eşitmişik. İndi isə belə displeyli kompüter haqqında məlumat yayıldı: onu Lenovo şirkəti təqdim etdi. Hazırda söhbət ancaq prototipdən gedir, amma şirkət belə seriya cihazları 2020-ci ildə ThinkPad X1 adı altında buraxmağı planlaşdırır.
Təqdim edilən prototip içəri qatlanan ekran və bir-birilə rəzəli mexanizmlə birləşdirilmiş eyni ölçülü iki hissədən ibarət ilkin konstruksiyaya malikdir. Beləliklə, ekran cihazın hər iki hissəsini tutur, buna görə də fiziki deyil, virtual klaviaturadan istifadə olunur.
Lenovonun göstərdiyi prototip LG istehsalı olan 1920x1440 pikselli və 13,3 düymlü OLED ekrana malikdir. Qurğu Intel prosessoru, iki USB-C portu ilə təchiz olunmuşdur və Windows ƏS ilə işləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət