Slimfit
  1. HƏRB

Lənkəranlı gənclər yüksək əhval-ruhiyyə ilə Vətənin müdafiəsinə yola düşüblər

Lənkəranlı gənclər yüksək əhval-ruhiyyə ilə Vətənin müdafiəsinə yola düşüblər
Sakura

Lənkəranlı gənclər yüksək əhval-ruhiyyə ilə Vətənin müdafiəsinə yola düşüblər

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə törətdiyi təxribatın qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkəmizdə qismən səfərbərlik elan olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, cənub bölgəsinin gəncləri də yüksək əhval-ruhiyyə ilə Vətənin müdafiəsinə yola düşürlər. Lənkəranda qismən səfərbərliklə əlaqədar keçirilən mərasimdə bunun bir daha şahidi olduq.

Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq ordu sıralarına çağırılanlar canla-başla çağırışı qəbul edirlər. Çağırışçılarla yanaşı, könüllü döyüşmək istəyənlərin də müraciətləri böyük ruh yüksəkliyindən xəbər verir.

Cənub bölgəsinin qəhrəman döyüşçülər yetişdirən rayonlarından olan Lənkəranda qismən səfərbərliyə cəlb edilmiş vətəndaşlar könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə üz tuturlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinə gün ərzində yüzlərlə müraciət daxil olur. Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur, Ali Baş Komandanın Sərəncamını təntənə ilə qarşılayır.

Cəbhəyə yola düşən könüllülərdən bir neçəsi düşüncələrini bizimlə də bölüşdülər.

Murad Rəhimov: “Qarabağ ermənilərin yurdu deyil. Bu torpaq bizim ata-babaların Vətənidir. Erməniləri məhv etmək üçün ikinci dəfə könüllü olaraq hərbi xidmətə yollanıram. Vətəni müdafiə etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Mən də onlardan biriyəm. Torpaqlarımız azad olunanadək sön nəfəsimədək döyüşməyə hazıram”.

Valideyn Xanağa Ağayev: “Mən Aprel döyüşlərində iştirak etmişəm. Nəvəm bu gün döyüşdədir. Oğlumu da könüllü yola salıram. Azərbaycan torpağında erməni qalmamalıdır”.

Arzuman Zəkiyev:“35 yaşım var. Döyüş bölgələrində hərbi xidmətdə olmuşam. Ön xəttə getmək üçün ikinci dəfə könüllü yazılmışam. Vətənim uğrunda son damla qanımıza qədər vuruşmağa hazıram. Qələbə bizimlədir”.

Valideyn Rafiq Kərimov: “İki övladım hərbi xidmətdədir. İkisi də cəbhə bölgəsində. Övladlarımla fəxr edirəm. Özüm də Vətəni qorumağa hər an hazıram. Qoy erməni işğalçıları, terroristləri rədd olub getsinlər Vətənimizdən. Qarabağ Azərbaycandır!”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gələn hərbi vəzifəlilər qələbə şüarları və alqış sədaları ilə cəbhəyə yola salınıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR