Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Lənkəranda şəhidlərin xatirəsi yad edilib

Lənkəranda şəhidlərin xatirəsi yad edilib
Sakura

Lənkəranda şəhidlərin xatirəsi yad edilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi cənub bölgəsində də bir dəqiqəlik sükutla anılıb.

Report”un Cənub Mərkəzinin məlıumatına görə, saat 12:00-da ölkənin bütün ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Yollarda olan nəqliyyat vasitələri siqnal veriblər.

Lənkərandakı “Böyük Bazar” məscidində Vətən müharibəsində canları və qanları ilə tarix yazanların ruhuna dualar oxunub, yaralı hərbçilərimizə şəfa dilənib.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR