Slimfit
  1. AZƏRBAYCAN

Lənkəranda Fermerlər və Koordinasiya Şurasının ilk yığıncağı keçirilib

Lənkəranda Fermerlər və Koordinasiya Şurasının ilk yığıncağı keçirilib
Sakura

Lənkəranda Fermerlər və Koordinasiya Şurasının ilk yığıncağı keçirilib

ənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən Fermerlər və Koordinasiya Şurasının təsis yığıncağında qarşıda duran vəzifələr müzakirə edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, toplantıda yerli fermerlərə yeni yaradılan Şuranın funksiya və vəzifələri barədə ətraflı məlumat verilib, görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Yığıncaqda çıxış edən Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların uğurla davam etdiyini vurğulayaraq, yeni yaradılan Şuranın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Lənkəran Fermerlər və Koordinasiya Şurasının sədri Rüfət Əsgərov yeni yaradılan qurumun fəaliyyət istiqamətlərindən danışaraq qeyd edib ki, Şuranın əsas vəzifəsi fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.

Bildirilib ki, Şura kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunub.

Yığıncaqda çıxış edən fermerlər istehsal etdikləri məhsulların satışı və kənd təsərrüfatı texnikasına olan tələbatla bağlı təkliflərini bildiriblər.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR