Dərc edildi: Baxış sayı: 259
Lənkəranda ər və arvad dəm qazından boğulub
Lənkəranda ər və arvad dəm qazından boğulub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Göyşaban kəndi ərazisində baş verib.
Belə ki, Murad Aydın oğlu Cəfərov və Bənövşə Abduləli qızı Cəfərovanın meyitləri yaşadıqları evdə yaxınları tərəfindən aşkar edilib. Onların dəm qazından zəhərlənərək öldükləri ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət