Lənkəranda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Bu gün Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov, İcra başçısı aparatının kollektivi, rayonun ərazi İcra nayəndəliklərində və ayrı-ayrı təşkilatlarında çalışan dövlət qulluqçuları Ümummilli lider Heydər Əliyevin xatirə parkına gəlib. Onlar Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilib. İcra başçısı Taleh Qaraşov tədbiri açaraq BMT-nin təşəbbüsü ilə 2003-cü ildə təsis olunmuş dövlət qulluqçularının peşə bayramının Azərbaycanın da ictimai-siyasi həyatında əlamətdar hadisə kimi artıq 13-cü dəfə qeyd olunduğunu diqqətə çatdırıb.
Bayram münasibətilə dövlət qulluqçularını təbrik edən natiq Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında dövlət qulluqçularının böyük əməyi olduğunu, öhdələrinə düşən vəzifələrin icrasında səylə çalışdıqlarını, vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etdiklərini bildirib.
İcra başçısı qeyd edib ki, İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanunu” bu məsul sahədə çalışan qulluqçuların səmərəli fəaliyyəti üçün geniş imkanlar açıb.
Sonra İcra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevə məruzə edib, İcra aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Seyidzadə Şəfiyeva və kadr məsələləri üzrə baş məsləhətçi Fazil Əkbərov çıxış edib həmkarlarını bayram münasibətilə təbrik ediblər. Sonda işdə fərqlənən bir qrup dövlət qulluqçusuna şəhər İcra hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət