Lənkəranda Dövlət Bayrağı günü qeyd olunub
Lənkəran şəhərində Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.
"Report"un Cənub bürosu xəbər verir ki, Lənkərn Şəhər İcra Hakimiyyətinin (ŞİH), YAP Lənkəran şəhər təşkilatının və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirən tədbir şəhərin Heydər Əliyev prospektində mitinqlə başlayıb.
Dövlət himni ilə başlayan mitinqdə icra başçısı Taleh Qaraşov çıxış edərək Dövlət Bayrağı gününün əhəmiyyəti barədə geniş nitq söyləyib.
T.Qaraşov Azərbaycanın dövlət bayrağının yaranma tarixi və rəmzi mənasını, dövlət atributu kimi bayrağın cəmiyyət həyatındakı rolunu xüsusi vurğulayaraq hər bir vətəndaşı dövlət bayrağına təzim etməyə, onu bütün varlığı ilə sevməyə və ona sədaqət göstərməyə çağırıb.
Sonra minlərlə tədbir iştirakçısı üçrəngli bayraqlarla Heydər Əliyev prospekti boyunda şəhərin Bayraq meydanınadək yürüş keçiriblər.
Yürüş boyunca iştirakçılar “Üç rəngli bayrağımız heç zaman enməz”, “ Şəhidlər ölməz, Vətən bölünməz”, “Dövlət müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır”,”Yaşasın müstəqil və və azad Azərbaycan” şüarları səsləndiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət