Slimfit
  1. CƏMİYYƏT

Lənkəranda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib

Lənkəranda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib
Sakura

Lənkəranda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib

Martın 31-də Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Şəhər Təhsil Şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə 31 Mart soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Quba Soyqırımı Memorial Kompleksinə və Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində soyqırımı qurbanlarının dəfn edildiyi əraziyə virtual səyahət təşkil olunub.

Videokonfransda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sütəmurdov kənd orta məktəbinin direktoru Kamran Əliyev, Sütəmurdov kənd məscidinin imamı Fəxri Sadıxov və gənc könüllü Allahverən Hüseynzadə çıxış ediblər.

Çıxış edənlər erməni millətçiləri tərəfindən xalqımıza qarşı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Lənkəran, Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan və digər ərazilərdə törədilən soyqırımı və təcavüz siyasətinə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyət daşıdığını vurğulayıblar.

Diqqətə çatdırılıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı cinayətlərinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatları tərəfindən tanınmasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində nail olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR