Slimfit
  1. AZƏRBAYCAN

Lənkəranda 233 nəfər cərimələndi - DİN

Lənkəranda 233 nəfər cərimələndi - DİN
Sakura

Lənkəranda 233 nəfər cərimələndi - DİN

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Profilaktiki söhbətlər və xəbərdarlıqlarla yanaşı reyd xarakterli tədbirlər də təşkil olunur. Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbir görülür. Ümumilikdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində bu günədək 233 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilməklə cərimələnib. Bir nəfər isə inzibati qaydada həbs edilib. Barəsində inzibati qaydada tədbir görülmüş şəxslərdən 62-si sürücü, 171-i isə fəaliyyətinə məhdudiyyət qoyulmuş obyekt sahibləri və piyadalardır.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR