Slimfit
  1. MƏDƏNİYYƏT

Lənkəran Dövlət Teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub

Lənkəran Dövlət Teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub
Sakura

Lənkəran Dövlət Teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub

 Lənkəran Dövlət Dram Teatrının kollektivi məktəbyaşlı tamaşaçılarını Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Balaca qara qız” pyesinin tamaşası ilə gəlib. Dekabrın 21-də premyerası keçirilən tamaşada Balaca qara qızla onun dostlarının başına gələn əhvalatlardan söz açılır.

Tamaşanın quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları aktyorlardan Əbülfəz Axundov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Allahverən Babayev, Aysel Cahangirova, Təranə Fərəcova, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Amil İbadov, Nizami Qurbanov və digərləri ifa edirlər.

Qeyd edək ki, “Balaca qara qız” tamaşası dekabrın 24-dən etibarən gündə üç dəfə oynanılmaqla, yanvarın 8-dək nümayiş etdiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR