Slimfit
  1. MARAQLI

Lenin, Franko, Atatürk: Başqa kimlərin cəsədləri mümiyalanıb?

Lenin, Franko, Atatürk: Başqa kimlərin cəsədləri mümiyalanıb?
Sakura

Lenin, Franko, Atatürk: Başqa kimlərin cəsədləri mümiyalanıb?

İspaniya hökuməti hakimiyyət daxilində onilliklərlə davam edən mübahisələrdən sonra İspaniya vətəndaş müharibsəndən sonra ölkənin ilk lideri Fransisko Frankonun qəbrinin yerini dəyişməyə qərar verib. Hazırda bu qərarın təsdiq edilib-edilməməsi sualı parlament tərəfindən müzakirə edilir.

Bəs dünyada cəsədləri mümiyalanmış digər siyasi liderlər kimlərdir?

İspaniyanın Baş naziri Pedro Sançez deyib ki, Fransisko Frankonun cəsədinin yerinin dəyişdirilməsi ispanları tarixləri ilə bağlı narazıq və mübahisələrdən azad etməkdə kömək edəcək.

Frankonun cəsədi hazırda 1936-39-cu illərin İspaniya vətəndaş müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş "Valle de los Caídos" (Həlak Olanların Vadisi) abidəsində saxlanır.

Burada vətəndaş müharibəsinin hər iki tərəfində döyüşən 34 mindən çox insanın məzarı var.

Hökumətin qərarı təsdiqlənib icra olunduğu halda cəsədi məqbərədə saxlanan son siyasi lider Lenin olacaq. Onun məqbərəsi Moskvanın Qırmızı meydanında yerləşir.

SSRİ dağılsa da, Leninin məqbərəsi Moskvada olduğu kimi qalmaqdadır.

Bəs vəfat etmiş digər siyasi liderlər necə dəfn olunub?

Kumsusan Günəş Sarayı: Şimali Koreyanın paytaxtı Pxenyanda yerləşən bu abidədə ölkənin qurucu lideri Kim İl-Sunq və onun oğlu və varisi Kim Conq İlin mümiyalanmış cəsədləri saxlanır. Bu məqbərənin önündəki yolun digər tərəfində inqilabçılara həsr olunmuş məzarlıq yerləşir. Kim Cong İlin həyat yoldaşı Kim Cong Suk-un məzarı da burada yerləşir.

Anıtkabir - Müasir Türkiyənin qurucu lideri və ilk prezidenti Mustafa Kemal Atatürkün məqrəbəsidir. Bu abidədə nəinki məqbərənin özü, həm də bir park və muzey yerləşir. Atatürkün məqbərəsi rəsmilərin Türkiyədə ən çox ziyarət etdikləri yerlərdən biridir. Şəkildə görünən şəxslər Türkiyənin prezidenti Recep Tayyip Erdoğan və Türkiyənin Ali Hərbi Şurasının üzvləridirlər.

Mao Zedong-un məqrəbəsi Çinin paytaxtı Pekinin Tyananmen meydanında yerləşir. Mao Zedong-un mumiyalanmış cəsədinin yerləşdiyi bu abidə 57 kvadrat metr yer tutur.

Çində iki siyasi liderin məqbərəsi var. Onların biri Mao Zedonga, digəri isə 1925-ci ildə vəfat etmiş Çin demokratik inqilabının lideri Sun Yatsenə məxsusdur.

Sun Yatsenin məqbərəsi Çinin qədim paytaxtlarından biri sayılan Nankin şəhərində yerləşir (foto 1951-ci ildə çəkilib).

Vyetnamda da keçmiş inqilabçı lider Xo Şi Minin məqbərəsi var. Vyetnamın ilk prezidenti olmuş Ho Şi Minin məqbərəsi ölkənin paytaxtı Hanoyun Ba Dinh meydanındadır.

Məqbərəsinin yerləşdiyi Ba Ding meydanı həmçinin Ho Şi Minin Vyetnam Demokratik Respublikasınn Fransadan müstəqilliyini elan etdiyi yerdir.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR