Dərc edildi: Baxış sayı: 1341
Ləman Ələşrəfqızı deputatlığa namizəd oldu
REAL TV-nin müxbiri Ləman Ələşrəfqızı deputatlığa namizədliyini irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist “Facebook” səhifəsində yazıb. Ləman 2020-ci il fevralın 9-da baş tutacaq seçkilərə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən qatılacaq.
“Təşəbbüs özümdən də çox həmyerlilərimdən gəlib. Mən onların təşəbbüsünü dəyərləndirir, hər birinə təşəkkür edir və özümə uğurlar arzulayıram. Mənə səs versəniz, millətimə və dövlətimə layiq deputat olacağıma söz verirəm”, - deyə Ələşrəfqızı bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət