Dərc edildi: Baxış sayı: 324
Laza kəndinə gedən alternativ yol bərpa olundu
Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
Ens.Az xəbər verir ki,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, həmin yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə agentliyin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub. Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət