Slimfit
  1. AZƏRBAYCAN

Lavrovun İrəvana etirazı və Əliyevin mövqeyi

Lavrovun İrəvana etirazı və Əliyevin mövqeyi
Sakura

Lavrovun İrəvana etirazı və Əliyevin mövqeyi

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında söylədiyi fikirləri Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluğun artması kimi qiymətləndirmək olar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, Qarabağ münaqişəsinin hazırkı vəziyyəti Rusiyanı narahat edir:

“Bir sıra böyük dövlətlər bu müzakirəyə qatılıblar və çalışırlar ki, qaynar nöqtələrdə, qeyri-stabil bölgələrdə məhz münaqişə baş verən ölkələrin özlərinin sülhməramlı təşəbbüsləri yer alsın və onlar münaqişələrin həlli ilə bağlı irəliləyiş əldə etsinlər. Rusiya üçün əlbəttə ki, çox əhəmiyyətli olan bölgələrdən biri də Cənubi Qafqazdır. Burada Qarabağ münaqişəsinin belə asılı vəziyyətdə olması Rusiyanı rahat buraxa bilməz. Digər tərəfdən son vaxtlar istər ABŞ-ın, istərsə də Rusiyanın bu məsələdə aktivliyinin şahidi oluruq. Təbii ki, ABŞ Cənubi Qafqaza girmək istəyirsə, bu, konkret maraqlardan, həm də bölgədə Rusiyanın təsirini azaltmaq istəyindən xəbər verir. Ona görə də Rusiya üçün bu saat Qafqaz bölgəsində Qarabağ konflikti çərçivəsində proseslərin gedişatı əhəmiyyət kəsb edir. Çünki bu həm də coğrafi baxımdan Rusiyanın sərhədləri boyunca yerləşən bir münaqişədir”.

Politoloqun sözlərinə görə, Lavrovun çıxışı ilə Rusiya açıq-aşkar etiraf etmiş oldu ki, sülh prosesinə əngəl törədən Ermənistandır:

“Lavrov, eyni zamanda, çıxışında Dağlıq Qarabağ münaqişəsini Kosova məsələsi ilə müqayisə etdi və həm Albaniya Baş nazirinin, həm də Ermənistan Baş nazirinin məsələyə yanaşmasını qəbul etmədiyini bildirdi”.

T.Abbasov ötən gün Prezident İlham Əliyevin Soçidə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə də diqqət çəkib:

“Prezident İlham Əliyev bütün gerçəklikləri olduğu kimi açıqladı. Prezident Azərbaycanın mövqelərinin beynəlxalq hüquqa əsaslandığını faktlarla sadaladı, BMT qətnamələrini, beynəlxalq sənədləri xatırlatdı və qəti mövqeyini ortaya qoydu”.

Politoloq Lavrovun forumda çıxışı zamanı dəfələrlə müzakirə olunmuş baza prinsipləri barədə söylədiklərinə də münasibət bildirib:

“Lavrovun səsləndirdiyi fikirlərin mahiyyəti ondan ibarətdir ki, Rusiya beynəlxalq hüququn tələblərindən irəli gələn mövqeyi dəstəkləyir. Bu da Azərbaycanın yanaşmasına tam uyğundur. Ermənistan zorla beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri dəyişdirmək istəsə də, Azərbaycan dəfələrlə bunun yolverilməz olduğunu bildirib. İlham Əliyev də “Valday” forumunda çıxışı zamanı bir daha yada saldı ki, problem ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Digər tərəfdən Rusiya XİN başçısının sonuncu açıqlamaları rəsmi Bakı ilə rəsmi Moskvanın baxışlarının artıq üst-üstə düşdüyünü göstərir. Bu, diplomatik müstəvidə ən böyük və vacib göstəricilərdən biridir. Belə olduğu halda Moskva gərək İrəvana təzyiqləri artırsın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR