Dərc edildi: Baxış sayı: 429
Lavrovdan ABŞ-a: Bunu etmək olmaz!
Şimali Koreyadan hər şeyi bir anda tələb etmək və ondan sonra sanksiyaları zəiflətmək olmaz. Dünya birliyinin qarşılıqlı addımlar atması vacibdir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Vaşinqtonla Pxenyanın birbaşa dialoqu Koreya yarımdasında açar rolunu oynayır. Biz dialoqun bərpasından yanayıq. Və əminik ki, dialoq yalnız qarşılıqlı addımlar əsasında inkişaf edərsə, nəticə verə bilər”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Lavrov ABŞ Dövlət katibi Mayk Pompeo və Trampla görüşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət