Dərc edildi: Baxış sayı: 440
Latviya yeni Prezidentini seçir
Latviya Seymində ölkənin yeni Prezidentinin seçilməsi üçün səsvermə keçirilir.
AZƏRTAC xəbər verir ki, Seymin yerli vaxtla səhər saat 10-da başlayan iclasının gündəliyində bir məsələ - ölkə rəhbərinin seçilməsi durur. Bu posta üç namizəd var. İqtidar Avropa İttifaqının hakimlərindən biri olan Eqil Levitsin, Yaşıllar və Kəndlilər Birliyi ombudsman Yuris Yansonsun, daxili müxalifət isə iş adamı Didzis Şmitsin namizədliyini irəli sürüb.
Səsvermə açıq şəkildə keçirilir. Prezident olmaq üçün azı 51 səs toplamaq lazımdır. Yetərli səs toplanmasa, səsvermə təkrar keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət