Dərc edildi: Baxış sayı: 495
Latviya XİN rəhbəri: “Azərbaycan-Aİ əlaqələrinin möhkəmlənməsini dəstəkləyirik”
Azərbaycanın Baltikyanı ölkələr, o cümlədən də, Latviya ilə siyasi-iqtisadi sahədə daha geniş əməkdaşlığa doğru yol alması və ikitərəfli münasibətlərin əlverişli və qarşılıqlı faydalı xətt üzrə davamlı inkişafı yeni perspektivlərə qapılar açır. Bunu nəzərə alaraq,Azvision.az Azərbaycan-Latviya münasibətlərinin inkişafı barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçlə eksklüziv müsahibəni oxuculara təqdim edir:
Cənab Rinkeviç, 2018-ci il ölkələrimiz arasında hansı vacib hadisələrlə yadda qaldı?
- Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın mühüm tərəfdaşıdır. Nəinki ölkələrimizin liderləri, eləcə də hökumətlərimiz, parlamentlərimiz, yerli idarəetmə orqanlarımız və digər strukturlarımız arasında da sıx əməkdaşlıq əlaqələri qurulub. Latviya və Azərbaycan paytaxtlarımız arasında həyata keçirilən birbaşa təyyarə uçuşları ilə bağlıdır. Azərbaycan latviyalı turistlərin üz tutduğu populyar istiqamətlərdən biridir. 2017-2018-ci tədris ilində Latviyanın ali təhsil məktəblərinə 129 azərbaycanlı tələbə qəbul olub. 2018-ci ildə həm də Azərbaycan Riqada özünün Ticarət Evini açdı.
Latviya Azərbaycanla hansı sahələrdə əməkdaşlıq edir?
- Latviya şirkətləri Azərbaycanda əsasən, maliyyə, konsaltinq və hüquqi xidmətlər, nəqliyyat və loqistika, maşınqayırma, informasiya texnologiyaları və telekommunikasiya sferalarında fəaliyyət göstərirlər. Bundan başqa, bizim şirkətlərimiz qida məhsulları, memarlıq, inşaat, tikinti materiallarının istehsalı, ağac emalı, əczaçılıq, turizm və təhsillə məşğul olurlar. Latviya bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Onu da deyim ki, 2018-ci ilin ilk 9 ayı ərzində Latviya ilə Azərbaycan arasında ticarət həcmi 15,5 milyon avroya çatıb. Bu isə 2017-ci illə müqayisədə 20% çoxdur. Gözləyirik ki, bu cür müsbət tendensiya gələcəkdə də qorunub saxlanacaq.
Sizcə, Azərbaycanla Latviya arasındakı ticari-iqtisadi əməkdaşlığın hansı istiqamətləri daha böyük inkişaf potensialına malikdir?
-Xüsusən iqtisadiyyat və ticarət sferalarında münasibətlərimizin daha da genişləndirilməsi üçün potensial mövcuddur. Çünki ikitərəfli ticarətimizin hazırkı həcmi ölkələrimiz arasındakı iqtisadi əlaqələrin real potensialını əks etdirmir. Düşünürəm ki, kiçik və orta sahibkarlığa qoyulan investisiyalar ikitərəfli iqtisadi əlaqələrimizə böyük fayda gətirəcək.
Azərbaycan investisiya sahəsində Latviya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bəs latviyalılar Azərbaycanda daha çox hansı sferalara investisiya yatırırlar?
- Bizim artıq topdansatış, nəqliyyat və konsaltinq kimi sahələrdə uğurlu investisiya nümunələrimiz var. Latviya qarşılıqlı faydalı investisya mübadiləsində maraqlıdır. Azərbaycan Latviya ilə qida, əczaçılıq və sənaye sahələrində əməkdaşlığın inkişafına və müştərək kənd -təsərrüfatı müəssisələrinin yaradılmasına marağını ifadə edib. Biz Azərbaycanın Latviya limanlarına və loqistik mərkəzlərinə investisiya qoymasını alqışlayardıq.
Azərbaycan və Latviyanın iştirakilə yeni multimodal nəqliyyat marşrutu yaradılacaq. Söhbət “Şimal-Cənub” layihəsi çərçivəsində ölkələr arasında müntəzəm konteyner daşımalarının təmin edilməsinə hesablanan Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya marşrutundan gedir. Siz bu layihənin gerçəkləşməsi perspektivlərini necə qiymətləndirirsiniz? Və Latviya tərəfi bu istiqamətdə hansı işləri görür?
- Tranzit Latviya iqtisadiyyatının vacib hissəsidir. Əlaqəli sahələrlə birlikdə o, bizim milli ÜDM-in 3%-ni təşkil edir. Bu sektorun əhəmiyyətini nəzərə alaraq, Latviya daim öz imkanlarının genişləndirilməsi və tərəfdaşlarına daha keyfiyyətli xidmətin təqdim edilməsi üzərində çalışır. Nəqliyyat şəbəkələri və infrastrukturunun yaxşılaşdırılması həm də bizim fəal şəkildə dəstəklədiyimiz Avropa İttifaqıın “Şərq Tərəfdaşlığı” siyasətinin də prioritetlərindəndir.
Latviya Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında yerüstü nəqliyyat əlaqələri üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan ərazisindən 2 vacib beynəlxalq nəqliyyat dəhlizi keçir: Baltik dənizi regionuna çıxışı olan “Şimal-Cənub” beynəlxalq dəhlizi və Yeni İpək Yolunun bir hissəsi olan və Xəzərlə Qara dəniz arasında strateji əlaqə yaradan “Avropa-Qafqaz-Asiya” (TRASEKA) nəqliyyat dəhlizi. Buna görə də, Avrasiyada yeni nəqliyyat marşrutlarının inkişafı istiqamətində Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır. Latviya və Azərbaycan dəmiryolu və liman infrastrukturu sferalarında ümumi maraqlara sahibdirlər və hər iki ölkə bu əməkdaşlıqdan qazanır.
Bəs Latviya və Azərbaycan bu gün humanitar sahədə necə əməkdaşlıq edirlər?
- Latviya həmişə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsini dəstəkləyib. Latviya enerji və nəqliyyat məsələləri ilə yanaşı, həm də Azərbaycanda humanitar sahənin də daxil olunduğu islahatlar prosesini ehtiva edəcək Aİ və Azərbaycan arasındakı strateji tərəfdaşlıq haqqında saziş üzrə aparılan danışıqları alqışlayır.
Latviya və Azərbaycan 2019-cu ildə hansı layihələri müzakirə etmək və həyata keçirmək niyyətindədirlər?
-Latviya Azərbaycanla iqtisadi əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Latviya informasiya və kommunikasiya sahələrinin inkişafına investisiya qoyur. Biz informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində regionun lider dövləti olmağa çalışırıq və bu məqsədimizə çatmaq üçün önəmli addımlar da atmışıq. 2018-ci ildə Latviyada Avropada “5G” texnologiyalarına həsr olunan beynəlxalq konfrans keçirildi. Latviya əmindir ki, “5G” dəstəkli şəbəkələr sozsuz imkanlar təqdim edəcək, biznesə və fərdlərə əhəmiyyətli təsiri olacaq. Bu prosesdə biz əsas oyunçulardan biri olmaq istəyirik.
Eyni zamanda, Latviya hökuməti “Data Driven Nation” konsepsiyasını təsdiqləyib. Bu konsepsiya çərçivəsində biz öz tərəfdaşlarımızı bioiqtisadiyyat, biotəbabət, intellektual texnologiyalar və intellektual enerji kimi sahələrdə əməkdaşlığa dəvət edirik. Bu sahələrdə dünya səviyyəli innovasiyaların yaradılması işində biz öz sahibkarlarımız və alimlərimiz üçün yaxşı potensial görürük.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət