Dərc edildi: Baxış sayı: 243
Latviya Ukraynaya 500-dən çox dron göndərib
Latviya hakimiyyəti Kiyevə 500-dən çox pilotsuz uçuş aparatları göndərib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Adris Spruds məlumat verib.
Aprel və may aylarında Latviya artıq Kiyevə təxminən 1 milyon avro dəyərində 135 dron göndərib.
Ümumilikdə, Baltikyanı ölkənin rəhbərliyi iyulun əvvəlində Ukraynaya Latviya müəssisələri tərəfindən istehsal olunan, təxminən 4 milyon avro dəyərində müxtəlif tipli 2,5 mindən çox dron tədarük etməyi vəd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət