Dərc edildi: Baxış sayı: 377
Latviya seyminə sabah keçiriləcək seçkidə 2 azərbaycanlı namizəd iştirak edəcək
Latviya Seyminə (parlament) sabah keçiriləcək növbəti çağırış seçkidə 2 azərbaycanlı namizəd iştirak edəcək.
“Report”un əldə etdiyi məlumata görə, bunlar hazırda Latviya parlamentində Xalq təsərrüfatı, aqrar, regional siyasət və ətraf mühitin mühafizəsi üzrə Komissiyanın sədri Roman Naudinş (İbrahimov) və Sosial Demokrat Partiyasından (SDP) namizəd Asif İbrahimovdur.
Hər iki namizədin seçkiqabağı təbliğat-təşviqat dövründə reytinqi yüksək olub.
Qeyd edək ki, Latviya parlament üsul-idarəli respublikadır.
Asif İbrahimov (solda) və Roman Naudinş (sağda)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət