Slimfit
  1. DÜNYA

Latın Amerikasında daha bir “solçu” prezident seçildi

Latın Amerikasında daha bir “solçu” prezident seçildi
Sakura

Latın Amerikasında daha bir “solçu” prezident seçildi

Argentinanın hazırki prezidenti Maurisio Makri rəqibi Alberto Fernandesi prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib.

TASS xəbər verir ki, o rəqibini işlərin təhvil verilməsi ilə bağlı görüşə dəvət edib.

“Mən Fernandesi seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Mən ona elə indicə zəng etmişəm”, - deyə Makri bildirib.

Ölkənin ən yüksək vəzifəsi uğrunda 6 namizəd mübarizə aparıb. Seçkidə əsas mübarizə sağ mərkəzçi qüvvələri təmsil edən Makri ilə sol mərkəzçi koalisiyanın namizədi Alberto Fernandes arasında gedib.

Ölkənin Milli Seçki Palatasının seçki bülletenlərinin 90%-nin hesablanmasından sonra yaydığı məlumata görə, Alberto Fernandes seçicilərin 47,8% səsini toplayıb. Argentinanın hazırkı prezidenti, Maurisio Makri isə 40,69% seçici səsini toplayıb.

Təzə seçilmiş prezidentin mandatı dekabrın 10-dan qüvvəyə minir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR