Dərc edildi: Baxış sayı: 311
Lalə Şövkətdən xəbər var
Bir neçə gün bundan əvvəl əməliyyat olunan Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkətin səhhəti yaxşılaşmağa doğru gedir.
Ens.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun oğlu Sidqi Şövkət məlumat verib. O bildirib ki, hazırda anası xəstəxana şəraitində müalicəsinə davam edir: “ Xəstəxanadan evə nə zaman buraxılacağı hələ bilinmir. Vəziyyəti isə əməliyyatın ağırlığına görə adekvat şəkildə dəyişir”.
Qeyd edək ki, L. Şövkət yoğun bağırsağında yaranmış şişə görə əməliyyat olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət