Laçınlı məcburi köçkünlər payız səpininə başlayıblar
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpininə başlayıblar.
Laçın Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 417,5 hektarda payız şumu qaldırılıb, 75 hektarda xəsil üçün səpin işləri aparılıb. Taxtakörpü ərazisində payızlıq taxıl üçün 1300 hektara yaxın sahədə səpin aparılacağı gözlənilir.
Qeyd edək ki, Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən heyvandarlıq və taxılçılıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında 2981,8 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri, o cümlədən 1122,5 hektarda dənli bitkilər, 1837 hektarda yonca əkib, taxıl sahələrindən 2440 ton məhsul götürüblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət