Dərc edildi: Baxış sayı: 222
Laçına dönüş hissini sözlə ifadə etmək mümkün deyil - Hüsniyə Hüseynova
Laçına dönüş hissini, sevincini sözlə ifadə etmək mümkün deyil.
Ens.Az-ın məlumatına əsasən,bunu Trend-ə açıqlamasında Laçın sakini Hüsniyə Hüseynova deyib.
"Allah Azərbaycanı, Prezidentini qorusun. Məhz rəhbərliyimizin sayəsində biz bu günü yaşayırıq. Allah bu günü bütün keçmiş məcburi köçkünlərə qismət eləsin və onlar da öz yurdlarına qayıtsınlar. Allah ordumuzu qorusun.
28 yaşında tərk etdiyim Laçına 61 yaşımda həyat yoldaşım və qızımla qayıdıram", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət