Slimfit
  1. HƏRB

Laçın yolu tam nəzarətdə: İndi Zəngəzur başlayır

Laçın yolu tam nəzarətdə: İndi Zəngəzur başlayır
Sakura

Laçın yolu tam nəzarətdə: İndi Zəngəzur başlayır

Son vaxtlar Ermənistandan Azərbaycan ərazisinə rus sülhməramlıların kuryerliyində daşınmaların artması dövlətimizi çox narahat edirdi. Ərazimizə Ermənistandan silah-sursat, mina, şəxsi heyət, hərbi texnika və digər avadanlıqların göndərilməsində məqsəd Qarabağda separatçıların ölkəmizə qarşı müqavimət gücünün artırılması idi.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert Laçın yolunun girişində, Həkəri çayı yaxınlığında sərhəd-keçid məntəqəsinin qurulmasının Azərbaycanın nəzarət imkanlarını artıracağını vurğulayıb:

“Son ay ərzində Azərbaycan belə addımların qarşını almaq üçün müəyyən hərbi və diplomatik addımlar atdı. Lakin rus sülhməramlı kontingenti bunlardan özünə bir nəticə çıxarmadı. Əksinə, biz dünən Ermənistanın birtərəfli şəkildə özbaşına sərhəd-buraxılış məntəqəsi qurduğunu gördük. Cavab kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin hissə və bölmələri də verilən tapşırığa əsasən ölkəmizin suveren ərazisində - Ermənistandan gələn Laçından keçərək Xankəndiyə birləşən yolun sərhədimizdəki başlanğıc hissəsində, Həkəri çayının üzərindəki körpüdə sərhəd-buraxılış məntəqəsi qurdu. Bu, Ermənistanın Qarabağla əlaqəsini tamamilə nəzarətə götürməyə, eyni zamanda, qeyri-humanitar yüklərin göndərilməsinə maksimum dərəcədə mane olmağa imkan verir. Azərbaycan böyük ehtimalla Ermənistanla Qarabağın gələcək əlaqələrini ölkəmizin Naxçıvanla əlaqəsini təmin edəcək Zəngəzur dəhlizi ilə bağlı atılacaq addımlarla sinxronlaşdıracaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR