Slimfit
  1. ELM

Laboratoriya şəraitində insanın GMO-qaraciyəri yaradıldı

Laboratoriya şəraitində insanın GMO-qaraciyəri yaradıldı
Sakura

Laboratoriya şəraitində insanın GMO-qaraciyəri yaradıldı

Pitsburq Universitetindən olan alimlər ilk dəfə olaraq laboratoriya şəraitində GMO (geni modifikasiya edilmiş orqanizm) əsasında insan qaraciyərinin miniatür analoqunu yaradıblar. Süni orqan tamamilə insan qaraciyərinin strukturunu təkrarlayır, xəstəlikləri təqlid edir və dərmanların testləşdirilməsində kömək olur.

Publika.az bu barədə “MedikForum”a istinadla xəbər verir.

İnsanın miniqaraciyəri siçovulun daxilində yetişdirilib. Tədqiqatçılar piy hepatozunun və ya qaraciyərin alkoqolsuz piylənmə xəstəliyinin gəmiricidə necə inkişaf etməsini öyrənməyi qarşılarına məqsəd qoyublar. Bu xəstəlik səbəbindən qaraciyərdə sirroz və ya xərçəngi əmələ gətirən iltihab inkişaf edir. Ekspertlər ümid edirlər ki, yeni texnologiya gələcəkdə əsl insan orqanlarından istifadə etməyə şərait yaradacaq.

Mütəxəssislər əvvəlki tədqiqatları təhlil edərkən araşdırıblar ki, piy hepatozunun inkişafında SIRT1 geni böyük əhəmiyyət kəsb edir. Bu genin kifayət etməyəcək dərəcədə aktivliyi piylərin yığılması ilə nəticələnir. Plüripotent və ya gövdə hüceyrələrinin yaradılması üçün insanın birləşdirici toxumalarından və fibroplastlarından istifadə edilib.

Alimlər bu toxumaların bəzi sahələrində SIRT1-i dayandırıb, sonra isə onu qaraciyər hüceyrələrinə - hepatositlərə çeviriblər. Hüceyrələr piy turşuları ilə eyni mühitdə yetişdirilib. Hepatosidlərin gen ilə olan hüceyrələrə nisbətən daha çox piy toplamağa başlamaları müşahidə edilib.

Hepatositləri gəmiricinin qabaqcadan heyvan hüceyrələri çıxarılmış qaraciyərinə alışdırıblar. Alimlər siçovulun orqanını insan qaraciyərinin hüceyrələri üçün karkas kimi istifadə ediblər. Orqanlar siçovullardan kənarda, konteynerdə olub. Sonradan məlum olub ki, SIRT1-i dayandırılan miniqaraciyər digərinə nisbətən daha çox piyi özünə çəkib. Ekspertlər qaraciyərin alkoqolsuz piylənmə xəstəliyinin yaranmasının biomarkerləri olan fibroplast 21-in, selenoprotein-P-nin artım amilinə diqqət yetiriblər.

Tədqiqatçılar miniatür orqanı resveratrolun (daha əvvəl siçanlar üzərindəki sınaqlarda istifadə olunan piy hepatozuna malik dərman) köməyi ilə müalicə etməyə cəhd göstəriblər. Maddə nəticə verməyib. Alimlərin ehtimalına görə, bu, onunla bağlı ola bilər ki, dərman zülalın aktivliyini gücləndirməyə qadirdir. Miniqaraciyərdə zülal olmadığından maddə effekt göstərməyib.

Alimlər inanırlar ki, süni insan orqanının yaradılmasında onların uğuru gələcək elmi işlər üçün faydalı olacaq və elmi maraqlandıran suallara cığır açacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR