Slimfit
  1. CƏMİYYƏT

“Laborant reaktiv soyuducusunda qida saxlayıb” - Direktordan iddialara CAVAB

“Laborant reaktiv soyuducusunda qida saxlayıb” - Direktordan iddialara CAVAB
Sakura

“Laborant reaktiv soyuducusunda qida saxlayıb” - Direktordan iddialara CAVAB

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborant Aynur Əsədli çalışdığı xəstəxana rəhbərindən narazıdır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Laborant iddia edib ki, institutun direktoru Həqiqət Qədirovanın təşəbbüsü ilə üç il əvvəl qurumun Kliniki-diaqnostika laboratoriyası şöbəsinə müdir təyin edilmiş Nuriyyə Səlimova bu günə qədər şöbənin bir sıra işçilərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-adekvat münasibət sərgiləyib:

O, çalışdığı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda arzuolunmaz əmək şəraitinin mövcudluğundan təngə gəldiyini qeyd edib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, laborant Aynur Əsədli dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, reaktivlər üçün nəzərdə tutulan soyuducudan şəxsi qidalarının saxlanılması məqsədilə istifadə edir:

“Sözügedən narazılıq da bundan qaynaqlanır. Çox təəssüf edirik ki, belə bir məsələyə görə institutumuzun adı hallanır. Aynur Əsədli iddia edir ki, ona qarşı ayrı-seçkilik olunur. Hətta bununla bağlı məhkəməyə də müraciət edib. İyulun 1-də Nizami Rayon Məhkəməsində onun şikayətinə baxılıb və şikayəti təmin olunmayıb. Sübut olunub ki, ona qarşı hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR