Slimfit
  1. İDMAN

La Liqada mart ayının ən yaxşı futbolçusu Lionel Messi olub

La Liqada mart ayının ən yaxşı futbolçusu Lionel Messi olub
Sakura

La Liqada mart ayının ən yaxşı futbolçusu Lionel Messi olub

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu mart ayında iştirak etdiyi 5 oyunda 7 qol vurub və bir məhsuldar ötürmə verib. Lionel Messi UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Barselona”nın heyətində Fransanın “Lyon” (5:1) klubu ilə oyunda iki qol vurub. İspaniya çempionatında isə argentinalı hücumçu “Rayo Vallekano” ilə bir, “Real Betis”lə oyunda 3, “Espanyol”la görüşdə isə 2 dəfə fərqlənib.

Qeyd edək ki, Lionel Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 39 oyunda 42 qol vurub və 21 məhsuldar ötürmənin müəllifidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR