Dərc edildi: Baxış sayı: 599
La Liqa nə vaxt başlayacaq?
İspaniya La Liqasında 2020-21 mövsümü sentyabrda başlaya bilər. Redaktor.az bildirir ki, La Liqa rəhbərliyi və İspaniya Futbolçular Assosiasiyası bu məsələni müzakirə ediblər. Ancaq bununla bağlı qərar cari mövsümün bərpa müddətindən asılı olacaq. Əgər çempionat mayda bərpa olunarsa, oyunlar 2-3 gündən bir keçiriləcək. Təşkilatçılar belədə gələn mövsüm öncəsi oyunçuların qısamüddətli istirahət imkanı qazanacaqlarını da düşünür. Qeyd edək ki, İspaniya La Liqası XXVII tur matçlarından sonra dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət