Dərc edildi: Baxış sayı: 484
KXDR və Cənubi Koreyanın futbol yığmaları 29 ildən sonra Pxenyanda qarşılaşıblar
Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın futbol üzrə milli komandaları 29 ildən sonra Pxenyanda qarşılaşıblar.
“Report” xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Matça azarkeşlər və əcnəbi jurnalistlər buraxılmayıb. Bununla belə, görüşü canlı izləyənlər arasında FIFA prezidenti Canni İnfantino da olub.
Bu komandalar 2010-cu il dünya çempionatının seçmə mərhələsində də eyni qrupa düşüblər. Həmin vaxt KXDR rəqibini Çində qəbul edib.
Qeyd edək ki, 3 turdan sonra H qrupunda liderliyi bölüşən hər iki komandanın hesabında 7 xal var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət