Slimfit
  1. ELM

Kütlə vahidləri

Kütlə vahidləri
Sakura

Kütlə vahidləri - Beynəlxalq sistemdə əsas ölçü vahidlərindən biri də kütləyə aiddir

Kütlə vahidləri — Beynəlxalq sistemdə əsas ölçü vahidlərindən biri də kütləyə aiddir. 1 kq. kiloqram adlanır. Kütlə etalonu silindir formada olub platin-iridium xəlitəsindən hazırlanmışdır və Paris yaxınlığındakı Sevr şəhərində saxlanılır. Fizikada 1 kq-dan kiçik olan 1 q. - bir qram, 1 mq. -bir milliqram və s. var. 1 s = 100kq - bir sentiner 1 t = 1000 kq - bir ton və s. vahidlərindən də istifadə olunur.

Kütlə vahidləri ilə çəki vahidlərini qarışıq salmaq olmaz. Çünki onlar fərqli fiziki kəmiyyətlərdir. Çəki kütlə ilə mütənasib olsa da, onun eyni deyildir. Çəki düsturu P=m.g-dir. Burada P - çəki, m - kütlə, g - Yerin sərbəstdüşmə zamanı bütüncisimlərə verdiyi g=9.81N/kq sərbəstdüşmə təcilidir. Kütlə cismi təşkil edən maddənin miqdarını bildirən və onun ətalətliliyini xarakterizə edən istiqaməti olmayan, yəni skalyar kəmiyyətdir. Çəki isə Yerin cazibəsi nəticəsində cismin asqıya və ya dayağa göstərdiyi təsir qüvvəsidir. Beynəlxalq sistemdə çəkinin vahidi qüvvə vahidi kimidir və 1 N - bir nyutondur. Fizikada 1 N-dan başqa 1 mN = 0.001 N 1 mkN = 0.000 001 N və s. və 1 KN = 1000N 1 MN = 1000 000N və s.-dən də istifadə olunur. SQS (santimetr-qram-saniyə) vahidlər sistemində qüvvə vahidi olaraq 1 dina götürülür. Texnikada və məişətdə çəki vahidi olaraq kütləsi 1 kq-a bərabər olan cismin çəkisi çəki vahidi olaraq götürülür və 1 kiloqram qüvvə adlandırırlar. 1 kqq. = 1kQ = 9.81N. Yaylı tərəzini kq-lara görə dərəcələməklə ondan lazım olduqda istifadə olunur. Ümumiyyətlə, cismin kütləsi qollu tərəzilə ölçülür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR