
Damarını doğrayan qadın Gəncə Dövlət Universitetindən işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA
"Aprelin 11-də Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Günay Asim qızı Məmmədova özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib".
Ens.Az-ın məlumatına əsasən,bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə Dövlər Universitetindən (GDU) verilib.
"Hadisə univeritet binasının yaxılığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, G.Məmmədova üç il bundan əvvəl öz ərizəsi ilə işdən azad olunub:
"Öz istəyi ilə işdən ayrılsa da o, dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və Ombudsmana müraciət edib. G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib. Bu gün baş verən hadisənin isə GDU ilə heç bir əlaqəsi yoxdur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət