Dərc edildi: Baxış sayı: 2726
Kürdlər kimdir, kökü hardan gəlir?
Kürdlər tarixən köçəri həyat keçirərək Mesopatamiya düzlərində və hazırda cənub-şərqi Türkiyə, şimal-şərqi Suriya, şimali İraq, şimal-qərbi İran və cənub-qərbi Ermənistanın yerləşdiyi dağlarda qoyun və keçi sürülərini otarmaqla məşğul olublar. “Kürd” sözü qədim dillərdə “pəhləvan”, “mərd” deməkdir.
Kürd dili — Hind-Avropa dillərinin İran dil qrupuna daxil olan dildir. Kürd dilinə ən yaxın dil bəluc dilidir. Bu gün onlar irq, mədəniyyət, və çox fərqli dialektləri olsa da vahid dil əsasında birləşmiş və seçilən bir icma təşkil edirlər. Onlar həmçninin müxtəlif dinlərə sitayiş etsələr də, əksəriyyəti sünni müsəlmanlardır.
20-ci əsrin əvvəllərində kürdlər ümumi şəkildə Kürdüstan adlandırdıqları ölkəni yaratmaq niyyətində olublar.
Birinci Dünya Müharibəsi qurtardıqdan və Osmanlı imperiyasının məğlubiyyətindən sonra müzəffər Qərb Müttəfiqləri 1920-ci ilə aid Sevr müqaviləsinə kürd dövlətinin yaradılmasını nəzərdə tutan maddə salmışdılar.
Lakin üç il sonra bu ümidlər boşa çıxdı. Türk xalqının apardığı İstiqlal savaşı başladı və sonda Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Lozanna müqaviləsində kürd dövlətinə aid maddə artıq yox idi və onlar qonşu ölkələrin ərazilərində etnik azlıq olaraq qalmağa məcbur oldular.
Kürdlərin bilinən sayı:
Türkiyə | 10 924 000 | (2006) |
İraq | 5 422 000 | (2008) |
İran | 4 934 000 | (2006) |
Suriya | 1 490 000 | (2010) |
Almaniya | 541 000 | |
Əfqanıstan | 20 100 | |
Livan | 215 000 | |
Niderland | 72 000 | |
İsveçrə | 35 100 | |
Avstriya | 23 000 | |
Türkmənistan | 6 000 | (2008) |
Ermənistan | 42 139 | (2001) |
Gürcüstan | 20 843 | (2002) |
Azərbaycan | 6 100 (2009) |
Mənbə: Turantv.org
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət