Slimfit
  1. AZƏRBAYCAN

Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib

Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib
Sakura

Kürdəmirin Qarasu kəndinə təbii qaz verilib

Kürdəmir rayonunun daha bir yaşayış məntəqəsinə - Qarasu kəndinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, 556 ev olan kəndin qazlaşdırılması birpilləli sistem üzrə aparılıb, 50 min 187 metr müxtəlif diametrli daşıyıcı və yerüstü borudan istifadə olunub. Fərdi mənzilin hər birinə qaz sayğacı və tənzimləyici quraşdırılıb. Hər bir mənzilin mətbəxinə “Azəriqaz” İstehsalat Birliyinin hesabına daxili qaz xətti çəkilib.

Qeyd olunur ki, hazırda Kürdəmir şəhəri də daxil olmaqla, 62 yaşayış məntəqəsindən 59-u qazlaşdırılıb və 20 min 549 abonent “mavi yanacaq”dan istifadə edir. Bu da rayon əhalisinin 98,2 faizini təşkil edir. Rayonun qazlaşdırılmayan üç yaşayış məntəqəsində - Qarabucaq qəsəbəsi, Qarabucaq və Qurdbayram kəndlərində layihə-smeta işləri görülür. Gələn il rayon tam qazlaşdırılacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR