Slimfit
  1. CƏMİYYƏT

Kürdəmirdə xəstəxanaya müraciət edənlərin sayı artıb

Kürdəmirdə xəstəxanaya müraciət edənlərin sayı artıb
Sakura

Kürdəmirdə xəstəxanaya müraciət edənlərin sayı artıb

 

Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejimi başlayandan bəri istər rayon mərkəzindən, istərsə də kəndlərdən xəstəxanaya müraciətlərin sayında kəskin artım müşahidə olunur.

Ens.az xəbər verir ki,bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, son iki gündə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yüzdən çox müraciət daxil olub. 

Şöbə müdiri Babək Tahirov deyib ki, müraciət edənlərin böyük əksəriyyəti hərarəti olan ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdir.

Qeyd edək ki, Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar 6 həkim briqadası yaradılıb və kənd tibb məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Sərt karantin rejimi iyunun 16-sı saat 06:00-da başa çatacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR