Slimfit
  1. CƏMİYYƏT

Kürdəmirdə şəhidin adını daşıyan uşaq bağçası dağılmaq üzrədir

Kürdəmirdə şəhidin adını daşıyan uşaq bağçası dağılmaq üzrədir
Sakura

Kürdəmirdə şəhidin adını daşıyan uşaq bağçası dağılmaq üzrədir

Kürdəmirdə yerləşən şəhid Elşən Abdurahmanov adına 5 saylı uşaq bağçası bərbad vəziyyətdədir. 

Report”un Yuxarı Şirvan bürosunun çəkiliş qrupu bağçada mövcud vəziyyətlə bağlı reportaj hazırlayarkən məlum olub ki, bağçanın inzaibati binası 15 ildir ki, qəzalı vəziyyətdədir. Bina 1988-ci ildə tikilib və indiyədək burada heç bir təmir-tikinti işləri aparılmayıb.

32 illik dövr ərzində baxçanın dam örtüyü, divarları və  döşəməsi sıradan çıxıb. Həyətyanı sahəsi isə dörd bir yandan zibil tullantıları ilə əhatə olunub. Bağçanın nə normal giriş qapısı, nə də hasarı var.

Nəzərə alsaq ki, burada gələcəyimiz olan körpələr tərbiyə olunur, təhlükənin nə qədər ciddi olduğunu dərk etmək elə də çətin deyil. Asan olduğu qədər də Bağçanın kollektivi müxtəlif  vaxtlarda öz vəsaitləri ilə müəssisədə bəzi təmir-bərpa  işləri görsələr də heç bir effekti olmayıb.

Bağçanın binası qəzalı vəziyyətdə 2 növbədə fəaliyyət göstərir. 95 yerlikdir və uşaqların təlim-tərbiyəsi ilə 12 nəfər tərbiyəçi və 16 nəfər digər işçilər məşğul olur.
Hazırda istər bağçanın kollektivi istərsə də azyaşlıların valideynləri dövlətin bu məsələyə dərhal reaksiya verərək mövcud problemin aradan qaldıralacağına ümid edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR