Kürdəmirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Oktyabrın 1-də Kürdəmir rayonunda Azərbaycan Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, prokurorluq işçiləri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Kürdəmir rayon icra hakimiyyətinin akt zalında təşkil edilən tədbirdə çıxış edən Ceyhun Cəfərov prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzulayıb: “Ölkəmizin dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla Azərbaycan prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda şanlı bir inkişaf yolu keçmiş, doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən demokratik bir quruma çevrilib. Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”.
Tədbirdə iştirak edən qonaqlar çıxış edərək, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik ediblər. Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup prokurorluq əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət