Slimfit
  1. CƏMİYYƏT

Kür çayı yenə quruyur, problemlər artır

Kür çayı yenə quruyur, problemlər artır
Sakura

Kür çayı yenə quruyur, problemlər artır

Salyan və Neftçala rayonları ərazisində Kür çayında suyun səviyyəsinin aşağı düşməsi vəziyyəti daha da gərginləşdirib.

"Report"un Aran bürosu xəbər verir ki, avqustun 29-dan etibarən Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi sürətlə azalmağa başlayıb. Bəzi günlər 25-30, hətta 50 santimetr azalmalar müşahidə olunub. Azalmalar nəticəsində çayda suyun səviyyəsi 3 metr aşağı düşüb. Nəticədə Kürün müxtəlif ərazilərində irili-xırdalı adalar üzə çıxıb.

Kürətrafı quraşdırılmış dayanıqlı və üzən su nasos stansiyalarının məhsuldar işləməsində çətinliklər yaranıb. Bu da öz növbəsində əkin sahələrinin suvarılmasına ciddi təsir göstərib.

Çayda suyun səviyyəsinin minimum həddən də aşağı olması Neftçalada vəziyyəti yenidən gərginləşdirib. Artıq dəniz suyu Kürə qarışıb, nəticədə çayın rayonun Bankə qəsəbəsi ərazisindən keçən hissəsinədək suyu şorlaşıb. Mütəxəssislərin fikrincə, çayda azalmalar belə davam edərsə, hər iki rayonda vəziyyət daha da çətinləşə bilər.

Xatırladaq ki, avqustun sonlarında respublika ərazisində intensiv yağışların yağması nəticəsində Kürün Salyan və Neftçala ərazilərindən keçən hissəsində çayda suyun səviyyəsi 2 metrdən çox qalxmışdı. Çayda axım sürətli olduğundan şorlaşmış su dənizə axıdılmış, Neftçalada vəziyyət normal hala düşmüşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR