Slimfit
Kür
Sakura

Kür — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən…

Kür (türk. Kura, gürc. მტკვარი (Mtkvari)) — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, Türkiyə və Gürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür.

Kürün Qafqazərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatıişlərinin hesablamalara görə təxminən 4 500 il tarixi vardır. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşlar. Lakin, eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərdəki yaşayış mədəniyyətlərinin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da köçəri tayfaların basqınları nəticəsində məhv edilmişdir. XX əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və orada kanallar inşa edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol çay üzərində su elektrik stansiyalarının inşasından sonra mümkün deyildir.

 

Adı

Adı Kür, Cyrus adı Fars Böyük imperator bağlıdır.

 

Kür çayının etimologiyası

Kür formasında bu hidronimin adını ilk dəfə Strabon (I əsr) çəkmişdir (Strabon, XI, 2). Lakin er.əvvəl VIII əsrə aid Urartu mənbəyində Kuriaini adlı ölkə adı çəkilir. Tədqiqatçılar bu ölkəni Türkiyə ərazisində Çaldıran gölünün hövzəsində, Kür çayının yuxarı axınında lokalizə edir və onun Kür çayının adını əks etdirdiyini yazırlar (Мешшанинов И.А. Предположительные сведения о движении халдов в пределах Азербайджана. Известия Азербайджанского Археологического Комитета. 1926, III, c.36; Меликишвили Г.А. Урартские клинообразные надписи, с.438). Əgər bu fikir həqiqəti əks etdirirsə, onda belə qənaətə gəlmək olar ki, Kür hidronimi er.əv. VIII əsrdə vardı.

 

Kür çayının toponimi

Azərbaycanda bu adın mənası haqqında iki fikir söylənilmişdir. A.Axundov onu Udin dilində kur - "quyu" (Axundov A. Kür sözünün etimologiyasına dair. S.M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin əsərləri", 1956, № 3.), K.H.Əliyev isə qrız dilində kur -"çay" Алиев К.Г. О названии реки Кура. "Доклады АН Азерб. ССР". 1959, № 4.) sözləri ilə bağlamışdır. Lakin araşdırmalarımız onun türk dillərindəki kür -"bol (sulu)", "qüvvətli", "sürətli", "sarsılmaz", "məğrur" sözündən ibarət olduğunu göstərmişdir. Həqiqətdə də Cənubi Qafqazda Kür ən böyük və bol sulu çaydır. Kür etnoniminin türk mənşəli olduğunu göstərən bir fakt da vardır. XIX əsrdə Şimali Qafqazda (Maykopda, Mozdokda və Kubanda) Kür adlı üç çay vardı. Aydındır ki, oralarda nə Udinlər, nə də qrızlılar çay adları yarada bilməzdilər.

 

Çayın mənbəyi

Kür çayı Türkiyə ərazisindəki Allahuekber dağının şimal-şərq yamacından, 2740 m hündürlükdən başlanır.

 

Hövzə

Kür çayı hövzəsi

Kür Gürcüstanərazisindən keçərək Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə tökülür. Töküldüyü yerdə delta əmələ gətirir. Dənizə töküldüyü hissədə çay iki qola ayrılır: Ana kür və Bala kür. Ana Kür suyunu kiçik körfəz olan Qoltuq körfəzinə axıdır. Kür çayının ümumi uzunluğu 1515 km-dir. Onun 906 km-i Azərbaycan Respublikası ərazisindən keçir. Hövzəsinin sahəsi 188 min km²-dir.

Azərbaycan ərazisindəki Qanıx, Qabırrı, Türyan, Ağstafa, Şəmkir, Tərtər, Xaçın və s. çaylar Kür hövzəsinin çaylardır.

 

İqtisadi Əhəmiyyət

Kür çayı sahilində yerləşən şəhərlər: Borjomi, Qori, Mtsxeta, Tiflis, Rustavi, Mingəçevir, Yevlax, Sabirabad, Şirvan, Salyan. Çayın deltasında uzunburun, ağ balıq, nərə, ilanbalığı və başqa balıqlar ovlanır. Sovet vaxtında çayın Tiflisə qədər olan hissəsi yuxarı ərazilərdən meşə materiallarının axıntı boyunca daşınmasında istifadə olunurdu. Çay Yevlaxdan Xəzər dənizinə qədər 480 kilometr boyunca gəmiçilik fəaliyyəti üçün yararlıdır. Kür çayı üzərində Mingəçevir, Şəmkirvə Yenikənd su bəndləri və hidroelektrik stansiyaları inşa edilmiş, nəhəng su anbarları yaradılmışdır. Bundan başqa, Azərbaycan ərazisində Kürün suyu suvarma üçün intensiv şəkildə istifadə olunur.

 

Kür hövzəsinin şəkilləri

 Aragvi-mtskheta.jpg  Kura Likany.jpg KuraRiver.jpg

Kür çayı Gürcüstanın Qori rayonu ərazisində

    Kür çayı Tbilisi şəhəri ərazisində

   Kür çayı Şirvan şəhəri ərazisində

  Kür çayı Salyan rayonu ərazisində

   Kür çayı Mingəçevir şəhəri ərazisində

  Sabirabadda Kür Araz qovşağı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR