Dərc edildi: Baxış sayı: 553
Külək Gədəbəydə fəsadlar törətdi
Güclü külək Gədəbəy rayonunda fəsadlar yaradıb.
Oxu.Az-ın məlumatına görə, gücıü külək və intensiv yağışlar rayonun Slavyanka yarımstansiyasına zərər vurub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yaranmış problemlə bağlı saytımıza açıqlama verib. O bildirib ki, hazırda Gədəbəy rayonunda güclü leysan yağışları müşahidə edilir:
“Dəyişkən hava şəraiti 35 kv Slavyanka yarımstansiyasından 10kv Slavyanka hava xəttinin açılmasına səbəb olub. Elektrik xəttinin dayağı əyilib. Yağışlar imkan vermir ki, hadisə yerində təmir işləri aparılsın. Hazırda Slavyanka qəsəbəsində və rayonun bir neçə kəndində elektrik enerjisi yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət