Dərc edildi: Baxış sayı: 680
Külək 50 ağacı aşırdı, 14-nü isə kökündən çıxarıb
Avqustun 5-dən başlayan güclü külək Bakıda ümumilikdə 50-dən çox ağacı aşırıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
O bildirib ki, güclü küləyin fəsadları daha çox paytaxtın Nəsimi, Yasamal və Nərimanov ərazilərində müşahidə olunub:
“Bu günə qədər Bakı ərazisində güclü külək səbəbindən ümumilikdə 50-dən çox ağac aşıb. Onlardan 14-ü kökündən çıxıb. 40-a yaxın isə budaq qırılmaları müşahidə edilib. Ümumilikdə ağac budaqlarının qırılması nəticəsində hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət