Slimfit
  1. TƏBİƏT

Külək

Külək
Sakura

Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə…

Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər. Küləyin gücünü 12 ballıq Bofort şkalasına görə ölçürlər.Küləklər rejiminə görə təsnifləşdirilir.

Daimi küləklər

Passat və Qərb küləklərinin mülayim qurşaq üzrə xəritəsi.

Bütün il boyu istiqamətini dəyişməyən küləklərə deyilir. Daimi küləklərin əmələ gəlməsinə əsas səbəb Yer kürəsinin təzyiq qurşaqlarıdır.

Passatlar: 300 paralellərdən ekvatora doğru əsən küləklərdir. Yerin öz oxu ətrafında fırlanmasıyla (Koriolus qüvvəsiylə) şimal yarımkürədə şimal-şərqdən cənub-qərbə, cənub yarımkürədə isə cənub-qərbdən şimal-şərqə doğru əsirlər. Passat küləkləri əsdikləri yarımkürənin yayında daha çox yağıntı verir. Çünki, yayda tropiklər üzərində 400C-dən yüksək olan temperatur ekvatorda 250C-yə qədər düşür və yağıntılara səbəb olur.

Qərb küləkləri: Tropiklərdən mülayim enliklərə doğru ilboyu əsən küləklərdir. Yerin öz oxu ətrafında fırlanmasına bağlı olaraq bu küləklər şimal yarımkürədə şimal-şərqə, cənub yarımkürədə isə cənub-qərbə meyl edir. Okeandan gələn qərb küləkləri yağış gətirir. Ona görə də Avropanın qərb hissəsi bütün il boyu rütubətlidir.

Qütb küləkləri: 900 paralellərdən (qütblərdən) 600 paralellərə doğru əsir. Yerin öz oxu ətrafında dönməsinə bağlı olaraq bu küləklər şimal yarımkürədə cənub-qərbə, cənub yarımkürəsində isə şimal-qərbə meyl edir. Bu küləklər qış vaxtı sərhədlərini daha da genişləndirir (500 paralellərə qədər). Gəldikləri istiqamətə bağlı olaraq bəzən bu küləklərə şimal-şərq və cənub-şərq küləkləri də deyirlər.

Mövsümi küləklər

Sirkulyasiya prosesləri,külək yaranmasına gətirib çıxarır.

İl ərzində istiqamətini iki dəfə dəyişən küləklərə mövsümi küləklür deyilir. Mussonlar belə küləklərdən olub ərəbcə "mövsüm" deməkdir. Bu küləyin meydana gəlməsinə səbəb ilin mövsümləri ərzində quru ilə suyun müxtəlif qızıb soyumasıdır. Yayda quru səthi çox qızır. İsti hava yuxarı qalxır, təzyiq aşağı düşür. Su səthi isə çox yavaş və az qızır. Beləliklə, su üzərində təzyiq quruya nisbətən daha çox olur. Ona görə də yayda okean və dənizlərin üzərindən quruya doğru küləklər əsir. Okean və dənizlərdən gələn bu küləklər quruya çoxlu rütubət, yağış gətirirlər. Bu küləklər özünü Asiyanın cənub-şərqi ilə Çində daha çox göstərir. Bu iqlimin müşahidə edildiyi yerlərdə çaylar yay aylarında daşırlar. Məsələn: Amur, Xuanxe, Yansızı, Hind, Qanq, Brahmaputra, Mekonq, İravadi və s. Qışda isə quru səthi çox tez soyuyur. Bu zaman quru üzərində təzyiq yüksək olur. Su quruya nisbətən az soyuduğuna görə okean və dənizlərin üzərindəki təzyiq quruya nisbətən daha aşağı olur. Yəni okean az təzyiqli olur. Ona görə də qışda qurudan okeana küləklər əsir. Bu küləklərə qış mussonu adı verilir. Yay mussonu yağış gətiri, qış mussonu isə yox. Mussonlar yayda və qışda aydın, payızda və yazda isə zəif hiss olunur. Mussonlar Şərqi və Cənub-Şərqi Asiyadan başqa həm də, Şimali Asiya ilə Şimal Buzlu okean arasında (çox zəif), Şimali Avstraliya, Ekvatorial Afrika, Şimali Amerikada Labrador yarımadası sahillərində də hiss olunur.

Sutkalıq küləklər

A)Dəniz Brizi-gündüz yaranır.B)Kontinental Briz-gecə yaranır.

Sutka ərzində istiqamətini iki dəfə dəyişən küləklərə briz yaxud sahil küləkləri deyilir. Bu küləklərin yaranmasında sutka ərzində quru ilə suyun müxtəlif qızıb soyumasıdır. Sutka ərzində quru ilə su arasında təzyiq fərqi böyük ola bilməz. Ona görə də bu küləklər zəif olur. Gündüz quru səthi çox qızır və isti hava yuxarı qalxır, quru üzərində alçaq təzyiq formalaşır. Ona görə də günortadan sonra sudan quruya doğru küləklər əsir (gündüz brizi). Bu küləklərə "axşam mehi" də deyirlər. Gecə qurunun sürətlə tez soyumasıyla təzyiq yüksəlir. Su isə daha az soyuyur. Su üzərində təzyiq quruya nisbətən az olur. ona görə də gecə yarısından sonra, səhərə yaxın qurudan suya doğru küləklər əsir. Bu küləklərə gecə brizi deyilir. Brizlər yağış gətirmir.

Küləyin növləri

  • Brizlər

Brizlər — dəniz, göl və böyük çayların sahillərində gündüz dənizdən, gecə isə qurudan əsən yerli küləklərdir. Brizlər sutkalıq küləklərdir. Brizlərin əmələ gəlməsində quru ilə su üzərindəki hava temperaturunun müxtəlifliyi səbəb olur, gündüz qurunun üstündə hava su üzərindəki havaya nisbətən çox qızır, buna görə də qızmış hava yuxarı qalxır və onun yerini su üzərindən axıb gələn nisbətən soyuq hava tutur. Buna gündüz brizləri deyilir, gecə isə bu hal əksinə olur və gecə brizləri əmələ gəlir.

 

  • Musson

Musson – ildə iki dəfə bir-birinə qarşı öz istiqamətini dəyişən hava axınıdır.

Mussonun dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. Mussonlar troposferin, alt qatında baş verir və hava kütləsi atmosferin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru axır.

Quru Musson Məhəllin əhalisi üzərində atmosfer təzyiqi yüksək olan dövrdə, rütubətli Musson isə təzyiq alçaq olan dövrdə müşahidə olunur.

Tropik mussonları ekvator depressiyasının il ərzində ekvator dan gah Şimal Yarımkürəsinə, gah da Cən. Yarımkürəsinə keçməsindən əmələ gəlir. Qışda Şim. yarımkürəsi çox soyuduqda ağır hava Şimal passatı ilə Cən. yarımkürəsinə doğru axır və qış musson əmələ gəlir. Şimal yarım-kürəsində yay olanda bu əksinə baş verir: ekvator depressiyası ekvatordan şimalda olur, nəticədə cənub passatı Şim. yarımkürəsinə keçir və yay mussonu əmələ gəlir. Tropik mussonları Ekvatorial Afrikada geniş sahədə, Hind okeanının şimal hissəsində və Cənubi Asiyada (Hindistan, Hind-Çin,cənubi və cənub-şərşqi Çin, İndoneziya) və Avstraliyanın şimalında yayılmışdır. Mülayim qurşaqda (məs.: Uzaq Şərqdə, şimal-şərqi Çində, Koreyada və Yaponiyada) materik və okeanın qızma və soyuma xüsusiyyətindən asılı olaraq M. qışda materikdən okeana tərəf, yayda isə okeandan materikə tərəf əsir. Mussonları küləklərlə eyniləşdirmək olmaz. Musson çox geniş coğrafi sahələri əhatə edən hava kütlələri axınıdır.Külək bu zaman ya dəyişkən olur ya da müəyyən vaxt heç olmur.Mussonlar enliklər üzrə paylanmasına və əmlə gəlmə fərqlərinə görə; a)tropik, b)tropikdənkənar, c)qütbyanı mussonlara bölünürlər. Tropik mussonların əmələ gəlməsinin başlıca səbəbi, yarımkürələrin il ərzində müxtəlif cür qızması ilə əlaqədar ekvatorial alçaq təzyiq qurşağının (ekvatorial barik depressiyasının)gah şimal,gah da cənub yarımkürəsinə keçməsidir. Tropik mussonlar materiklərin şərq sahilləri boyu daha aydın təzahür edərək, ekvatorial Afrikada, Hindistanda,Hind-Çində və qismən Şimali Avstraliyada geniş əraziləri əhatə edir. Tropikdənkənar və ya mülayim qurşaq mussonları materik və okeanların qızıb-soyuması nəticəsində əmələ gəlir. Asiya nın şərq ucqarlarında və Hokkaydo adasında güclü, Şimali Amerikanın Labrador sahəsində nisbətən zəif müşahidə edilir. Uzaq şərqdə yay mussonlarının təsiri Zabaykalyeyə qədər hiss olunur. Qütbyanı musson Avrasiyanın tundra zonasında qışda materikdən Şimal Buzlu okeanına,yayda isə əks istiqamətdə əsən,lakin mussona xas olmayan effekt verməyən küləklərə deyilir. Məhz buna görə də bu sirkuliyasiya musson yox, musson təmayülü adlanır. Bütün enliklərdə müşahidə edilən yay mussonları rütubətli,bol yağmurlu, qış mussonları isə quru, əksər hallarda yağmursuz olur.

 

  • Passatlar

Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır.

Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.

Bütün il boyu eyni istiqamətdə əsən passatlar okeanların üzərində daha aydın müşahidə edilir.

Yarımkürələr Enlik Əsdiyi yön Haradan hara əsir
Cənub yarımkürəsi 30 dərəcə Sola Cənub-Şərqdən Şimal-Qərbə
Şimal yarımkürəsi 30 dərəcə Sağa Şimal-Şərqdən Cənub-Qərbə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR