Slimfit
  1. MƏDƏNİYYƏT

Kukla Teatrı beynəlxalq festivalda uğurla çıxış edib

Kukla Teatrı beynəlxalq festivalda uğurla çıxış edib
Sakura

Kukla Teatrı beynəlxalq festivalda uğurla çıxış edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Rusiyanın Həştərxan vilayətində keçirilən “Xəzərin sahili” (“Kaspiyskiy bereq”) VI Beynəlxalq Teatr Festivalında təmsil olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan səfərdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə yaradıcı qrup iştirak edib.

Təmsilçilərimiz festivalda repertuarın yeni nümunəsi olan “Üç cəsur” tamaşası ilə çıxış edib. Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Rolları Rauf Babayev, Afət Ağayeva, Lina Məmmədova, Elmira Hüseynova, Adil Dəmirov və başqaları ifa ediblər.

“Xəzərin sahili” festivalı Rusiyanın Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Festivalın açılışında Həştərxan Vilayət Hökuməti sədrinin müavini, mədəniyyət və turizm naziri Qalina Zoteyeva çıxış edərək iştirakçıları salamlayıb, sənət bayramının coğrafiyasının daha da genişlənməsini arzulayıb.

Qeyd edək ki, festivalda Azərbaycan, Qazaxıstan, Rusiya və Ukraynanın kukla teatrları təmsil olunublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR