Dərc edildi: Baxış sayı: 748
Küçə heyvanlarına həsr edilən sərgi
"Education HUB"ın təşkilatçılığı ilə “İnkişaf Zamanı (Time For Development)” təhsil proqramı çərçivəsində “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi başlayıb.
Oktyabrın 14-də proqram çərçivəsində keçirilən "Real əfsanələr" layihəsinin "Caharşah" Yaradıcılıq Mərkəzində fotosərgisi baş tutub.
Sərgiyə gələnlər sahibsiz küçə heyvanlarına aid fotolar, yazıçıların sərgi üçün yazdıqları sahibsiz küçə heyvanlardan bəhs edən hekaylər, 6 oktyabrda baş tutan seminarda iştirak edən şəxslərin heyvanların dilindən yazdıqları məktublarla tanış olublar.
Layihənin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət