Dərc edildi: Baxış sayı: 264
KTMT spikerləri Almatıya toplanır - Simonyan imtina etdi
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov ilə KTMT Parlament Assambleyası Şurasının sessiyasına hazırlıq məsələlərini müzakirə edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edək ki, KTMT PA Şurasının sessiyası iyunun 3-də Almatıda baş tutacaq. Sessiyanın gündəliyinə qanunvericiliyin uyğunlaşdırılması və digər məsələlər daxildir. KTMT-yə üzv ölkələrin parlament sədrləri və nümayəndə heyətləri iştirak edəcəklər.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə iyunun 3-6-da Sloveniyanın paytaxtında rəsmi səfərdə olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət