Slimfit
  1. CƏMİYYƏT

“KTMT-də müşahidəçi status almağı düşünmürük” - PA rəsmisi

“KTMT-də müşahidəçi status almağı düşünmürük” - PA rəsmisi
Sakura

“KTMT-də müşahidəçi status almağı düşünmürük” - PA rəsmisi

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi status almağı düşünmür.

Azvision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev REAL TV-yə müsahibəsində bildirib.
“Bu, artıq Ermənistanda elə bir fobiya olub ki, Azərbaycanın rəsmi müraciəti olmadan da İrəvanda bu məsələni müzakirəyə çıxarırlar”.

H.Hacıyev, qeyd edib ki, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün KTMT-yə üzv olan ölkələrlə dostluq və tərəfdaşlıq, o cümlədən hərbi və hərbi-texniki sahədə sıx münasibətləri mövcuddur.

O, yaxın perspektivdə rəsmi Bakının təşkilatda iştirak məsələsini nəzərdən keçirmədiyini, lakin Azərbaycanın KTMT-nin fəaliyyəti və təşkilatda müzakirə edilən məsələləri yaxından izlədiyini bildirib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR