Dərc edildi: Baxış sayı: 276
KTMT Bakıya qarşı bəyanat yaysın, barışaq - Şantaj başladı
İrəvan KTMT-yə münasibətini yalnız Təşkilat Azərbaycan Ordusunun Ermənistanın suveren ərazisində olduğunu bəyan edib, onların çıxarılmasını tələb etdikdən sonra dəyişəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Təşkilata üzv olan bütün ölkələr belə mövqe bildirməyənə qədər Ermənistan KTMT-nin işləmədiyinə inanacaq. İrəvana lazım deyil ki, belarus və ya qazax əsgər gəlib Azərbaycan Ordusunu Ermənistan ərazisindən çıxarsın. Ermənistan yalnız siyasi bəyanat gözləyir”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət