Kriştiano Ronaldonun bacısı: "Qardaşımı məhv etmək istəyirlər"
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonun Çempionlar Liqasının (ÇL) I turunda İspaniyada “Valensiya” ilə səfər matçında qırmızı vərəqə almasına bacısı Katya Aveyru sərt reaksiya verib.
“Report”un məlumatına görə, bu barədə Aveyru şəxsi “Instagram” səhifəsində yazıb. O bildirib ki, Ronaldonu qovmaq bütün futbol üçün utancverici haldır: "Mənim qardaşımı məhv etmək istəyirlər. Ancaq Allah bunları görür və ədalət bərpa olunacaq”.
Qeyd edək ki, Kriştiano Ronaldo “Yuventus”un “Valensiya”ya 2:0 hesabı ilə qalib gəldiyi görüşün 29-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Karyerası ərzində ÇL-də ilk dəfə oyundan qovulan portuqaliyalı forvard meydanı göz yaşları ilə tərk edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət